Aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında film çəkiləcək

08.10.2017 09:59     Sosreaksiya     1414

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihəyə start verib.

Layihə çərçivəsində Azərbaycan Bayrağı Ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında filmin çəkilməsi nəzərdə tutulub. Layihənin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızıdır . Layihə 3 ay müddətinə icra olunacaq.Urfan Vəlizadə kim idi? Bu günün gənclərinə Urfan Vəlizadənin nümunəsi hərbi-vətənpərvərlik yönümündə hansı izləri qoyur? Filmdə bu suallara cavab axtarılacaq.

Reaksiya.az

Şərhlər