Adanada polis idarəsinə hücum - 2 nəfər şəhid oldu - VİDEO
31.07.2015 10:24 Sosreaksiya 2653

Dünən gecə saat 02.35 radələrində bir qrup PKK-lı Adananın Pozantı Rayon Polis İdarəsi binasına avtomat silahlarla hücum edib.
Reaksiya .az xəbər verir ki, polislər hücum edən terrorçulara cavab atəşi açıb. Qısa müddət davam edən toqquşma nəticəsində 2 polis məmuru hadisə yerində şəhid olub. Bundan başqa polis binasının həyətinə girməyə çalışan 2 PKK-lı öldürülüb. Hücumu həyata keçirənlərdən 2 PKK-lı isə gecənin qaranlığından istifadə edərək qaçmağı bacarıb.
Rayon Polis İdarəsinin rəisi Çingiz Zeybek Pozantı Rayon Polis İdarəsinə gedərək qarşıdurma haqqında məlumat aldıqdan sonra 2 polis məmurunun şəhid olduğu faktını təsdiqləyib.
Hücumun baş verdiyi binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Şəhid olan polis məmurlarının adları bəlli olub. İsa İpək və Sərdar Kazar olduğu müəyyən edilən şəhid polislərin meyitləri Pozantı Dövlət Xəstəxanası morquna göndərilib.
Şərhlər