Eynicinslilərə silahlı hücum: 6 yaralı - VİDEO

31.07.2015 10:54     Sosreaksiya     1428

İsrailin paytaxtı Yerusəlimdə eynicinslilərin təşkil etdiyi "şərəf yürüşünə" hücum  təşkil olunub. Hadisə nəticəsində 2-si ağır olmaqla 6 nəfər yaralanıb.

 Reaksiya.az saytı xəbər verir ki, hadisə şahidlərinin ifadəsinə görə, qarşısına çıxan hər kəsi bıçaqlayan təcavüzkar biri qadın olmaqla 2 nümayişçini ağır yaralayıb.

Təcavüzkarın bıçaq zərbələrinə hədəf olan daha 4 nümayişçinin vəziyyəti isə yaxşıdır.

Polis idarəsinin sözçüsü Lupa Samri, eynicinsli nümayişçilərə hücum edən ifrat ortodoksal Yishai Schlissel adlı şəxsin 2005-ci ildə də buna oxşar akt həyata keçirdiyini bildirib. Buna görə 10 il müddətində həbs edilib. Təcavüzkar bir ay əvvəl həbsdən çıxıb.

Ortodoks yəhudilər bu yürüşün keçirilməsinə qarşı çıxıblar.

Baş nazir Benjamin Netenyahu, hücumu pisləyən yazılı bəyanat verərək "Fərdi seçmə azadlığı İsrailin ən əsas dəyərlərindən biridir" deyib.

Yürüşün iştirakçılarından Benny Zupick homofobiyanın ölkədə kök saldığını bildirib: "Amma bu yürüşün məqsədi tam olaraq da budur. Bunu dəyişdirmək istəyirik. Ümidvaram ki, biz bunu dəyişdirə biləcəyik. Belə bir hücumu həyata keçirmək üçün bir nəfər də kifayət edir. Şükürlər olsun ki, azdırlar".

Daha öncə Ortadoks Yəhudilər eyncinslilərin bu yürüşü  təşkil etməsilə bağlı məlumat yayıldıqda etirazlarını bildiriblər. Buna görə  də 30-a qədər yəhudi yürüşün keçirildiyi sahənin yaxınlığında yerləşən Böyük Sinaqoqda nümayiş keçirmələrinə icazə verilmişdi.

Qeyd edək ki, Yerusəlimdə hər il keçirilən və 2005-ci ildən bu günədək sülh içində keçən " Eynicinslilərin şərəf yürüşü”ndə bu il 5 minə yaxın adam iştirak edib.

 

Şərhlər

Çox oxunanlar