QHT rəhbəri polisdən prezidentə müraciət etdi
09.10.2017 23:05 Sosreaksiya 1817
Reaksiya.az xəbər verir ki, 27 avqust 2017 - ci il tarixdə Bakının Yasamal rayonu ərazisində "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbasın iki qardaşları, eyni zamanda müharibə veteranları - Cahandar və Vüqar Abbasovlar Yasamal rayonu Şərifzadə küçəsi 161 saylı binanın qarşısında maşın saxlayarkən əsassız olaraq, 20 nəfərə yaxın bina sakinləri tərəfindən döyülmüş, Mercedess E 240 markalı maşınlarına ciddi zədə yetirilmişdir. Hadisədən sonra Cahandar Abbasov beyin silkələnməsi, üzün sağ almacıq sümüyünün sınması diaqnozu ilə bir aya yaxın 1 Saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Həmin müddətdə və sonra təqsirləndirilən şəxslər tərəfindən zərər çəkənin vəziyyəti ilə bağlı maraqlanmayıb. Dəfələrlə məsələni araşdıran DİN Yasamal RPİ-nin 29 - cu Polis Bölməsinin təhqiqatçısı Faiq Süleymanova müraciət etsək də, məlumat ala bilməmişik. Hazırda polisin təqsirləndirilən şəxslərlə bağlı heç bir addım atmaması ilə bağlı zərərçəkənlərin bacısı, tanınmış ictimai xadim Radə Abbas özünün "Facebook" hesabı vasitəsilə ölkə başçısı İlham Əliyevə, Daxili İşlər naziri Ramil Usubova və baş prokror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:
"Dəyərli dostlarım, dəyərli mətbuatımız unutmamısınızsa avqust ayının sonunda Yasamal Rayon Polis İdarəsinin özbaşınalığından, insanların həyatına biganəliyindən yazdım. Yasamal Rayon Polis İdarəsinin 29 - cu Polis Bölməsinin əməkdaşı Faiq Süleymanovun yarıtmaz işindən söz açdım. İlk yazımıza bir az reaksiya oldu, aldadıcı bir mühit yaratdılar. 27 avqust 2017-ci il tarixində Yasamal Rayon Polisinə edilmiş şikayətmiz ilə bağlı bu günə qədər heç bir nəticə yoxdur. Polis ötür - ötür oynayır. Bu gün cinayət işini araşdıran müstəntiq Emin Musayevlə telefonda danışdım. Emin Musayev bidirdiki mən bacarmıram, polis idarəsi təqsirləndirilən şəxsləri tutub gətirmir məndə dindirə bilmirəm. Sizcə bu nə deməkdir? Mənim fikrimcə ilkin təhqiqtı aparan Faiq Süleymanov işin istiqamətini yayındırıb. Ağır bədən xəsarəti almış qardaşım Abbasov Cahandar bu günə qədər onun həyatına kütləvi şəkildə qəsd edən insanların heç biri ilə üzləşməyib heç kim cəzalandırılmayıb. Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə və Baş Prokuroruna müraciət edirəm Yasamal Rayon Polis İdarəsi Əməkdaşlarının özbaşınalığına son qoyun xahiş edirəm. 3 övladını eyni zamanda müharibəyə yola salmış 82 yaşlı anam 87 yaşlı atam bunu Sizdən xahiş edir" - deyə Radə Abbas qeyd edib.
Z.Cəsarət
Şərhlər