Prezidentin çağırışından sonra hansı addım atılacaq?

10.10.2017 12:14     Sosreaksiya     1346

Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkədə sənaye zonalarının yaradılması üçün sahibkarları fəal olmağa çağırıb.

 ölkə  başçısı  çıxışında vurğulayıb ki, sahibkarlar bunun üçün təkliflər verməli, bazarın düzgün monitorinqini aparmalıdır:“Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir”.

Sahibkarların  sənaye zonalarının yaradılmasında maraqlı olmamasının səbəbləri barədə  “Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev qeyd edib ki, Azərbaycanda sənayə zonaları yaradılıb, ancaq sahibkarlarda bu sahəyə elə də inam yoxdur: “Çünki hələ də normal şəkildə fəaliyyət göstərmirlər. Ancaq sənaye parklarının yaradılması gözəl perspektivdir. Sahibkara öz məhsulunu dünya  bazarlarına çıxartmağa imkan verir.  

Sahibkarın bu gün  dünya bazarlarına məhsul çıxarması çox çətin məsələdir. Bununla əlaqədar olaraq cənab prezident özü də məsələ qoyur ki, onlar bununla bağlı müraciət edib təkliflər versinlər. Təkcə məhsulun yığılması ilə məsələ bitmir. Onun qablaşdırılması prosesi standartlara uyğun olmalıdır. Qablaşdırma materiallarının hardan alınması üçün birgə iş olmalıdır.  İşin qurulması üçün gübrə, texnika kimi  vasitələr lazımdır. Bunun üçün sənaye parkları sahibklarlara kömək edə bilər.

O cümlədən hansısa bankdan kredit almaq lazım gələrsə, sənaye zonaları bu məsələdə köməklik edə bilər. Cənab prezident özü də dedi ki, 9 ayda kənd təsərrüfatı sahəsi 2, 8 faiz artım verib.  Bu artıq inkişafdır”.

Azərbaycanda torpaq fondunun məhdud olmasına gəlincə isə, deputat  bildirib ki, ölkədə 8 milyon hektar torpaq sahəsi var: “Onun 4 milyon hektarı əkinə yararlı hesab olunur. Ondan isə 1 milyon 600 min kv.km hazırda əkilən torpaqlardır. Onun yarısında taxıl, buğda qalanında isə digər məhsullar əkilir. 

Mən də hesab edirəm ki, bizdə torpaq sahəsi azdır. Olanların da bir hissəsi şorandır. Burada meliorasiya və irriqasiya işləri aparılmalıdır. Əkin sahəsini nə qədər artırsaq, bizə o qədər  xeyirdir. Həm də nəzərə alaq ki, torpağı ömür boyu da əkmək olmur. Bir neçə ildən sonra o dincə qoyulmalıdır. Burada əsas məqsəd məhsuldarlıqdan gedir. Bir var ki 1 hektardan 25-30 sentner taxıl yığasan,  bir də var ki 85-100 sentner.

Avropa ölkələrində bu rəqəm orta hesabla 85 sentinerdir.  Ancaq bizdə bu rəqəm 32 sentner, ən yaxşı halda isə 55 sentnerdir. Əgər məhsuldarlıq yüksək olarsa, bu bizim ehtiyatımızı da bağlaya bilər”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar