Telman İsmayılovun “Praqa-AST” şirkəti də müflis elan edildi
10.10.2017 12:54 Sosreaksiya 1398
Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib.
Trend-in məlumatına görə, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib.
Xatırladaq ki, “Praqa-AST”nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində “BM-Bank”ın müraciəti əsasında işə salmışdı.
Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.
Şərhlər