Aİ-nin sanksiyalarına iştirak edən ölkələrə qarşılıq verəcəyik

31.07.2015 11:52     Sosreaksiya     2583

Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik siyasətindən məsul yüksək nümayəndəsi Federica Mogherini yeddi avropa ölkəsinin daha Aİ-nin Rusiyaya sanksiyaları bir il uzadılması qərarına cavbını açıqlayıb. Kremldən verilən reaktiv cavabda “qarşılıq veririk” - deyilib.

İyun ayındakı Avropa Şurası konfransında alınan qərarla sanksiyaların müddətinin 31 yanvar 2016 – cı il tarixinə kimi uzadıldığını xatırladan Mogherini, "Çernoqoriya, Albaniya, İslandiya, Lixtenşteyn, Norveç, Ukrayna və Gürcüstan qərarı tətbiq vermişdir. Bu ölkələr, milli siyasətini qərara uyğun hala gətirəcək" deyib.

 

Cavab verilir

 

Rusiya cəbhəsindən sanksiyaların uzatma qərarına qatılan ölkələrə cavab gecikməyib. Kremlin sözçüsü Dmitriy Peskov, Rusiya üçün sanksiyalar mövzusunda qarşılıqlılıq prinsipinin əhəmiyyətli olduğunu vurğulayaraq "Qətiyyətlə qarşı addım atılacaq" - deyib.

Rusiya Avropanın sanksiyaları uzatma qərarı üzərinə Aİ ölkələrinə tətbiq edilən qida embarqosunun müddətini 2016 – cı ilinə kimi uzatdığını açıqlamışdı.

Şərhlər