Xanımlar üçün "Psixoemosional Gərginlik" seminarı keçiriləcək
14.10.2017 16:15 Sosreaksiya 2265
Oktyabrın 22-də həkim-terapevt Afət Əsgərzadə xanımlar üçün "Psixoemosional Gərginlik" mövzusunda seminar keçirəcəkdir.
İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar.
İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Seminarın əsas mövzularından biri də depresiyanın qadın orqanizminə vurduğu zərərlər və onlardan qurtulmayın yollarıdır.
Proqram çərçivəsində həmçinin seminara dəvət olunmuş xüsusi qonaq ginekoloq həkim xanımları narahat edən bir sıra problemlərin həllinə də aydınlıq gətirəcəkdir. Səmimi və sərbəst ortamda keçiriləcək bu görüşdə xanımlarımız çay fasiləsi zamanı həkimlərə istədikləri sualları verib məsləhət ala biləcəklər.
Tədbirin sonunda hədiyyəli lotoreyanın da keçirilməsi nəzərdə tutulub.
Seminara biletləri sifariş etmək üçün əlaqə nömrəsi 070 406 9669
Tədbirin keçiriləcəyi məkan Central Park Hotel
Seminarın informasiya dəstəkçisi Reaksiya.az saytıdır.
https://www.facebook.com/events/270035690184340/?active_tab=discussion
Şərhlər