Canlı efirdə ağladı - VİDEO

31.07.2015 13:21     Sosreaksiya     2498

Türkiyənin TRT kanalının xəbərlər proqramının aparıcısı Bulut Severcan efirdə göz yaşlarına hakim ola bilməyib.

PKK tərəfindən qətlə yetirilən Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksız haqqında efirə gedən süjetdən sonra aparıcı xanım göz yaşlarını saxlaya bilməyib. Süjetdə A.Kulaksızın həyat yoldaşı Sibel Kulaksız həmin gün baş verənlərdən danışıb. Növbəti süjetin efirə getməsinə baxmayaraq aparıcı xəbərin davamını tamaşaçılara çatdıra bilməyib, növbəti xəbərləri oxumaqda da çətinlik çəkib. Həmin anı əks etdirən video sosial şəbəkələrdə böyük marağa səbəb olub.  

Qeyd edək ki, mayor A. Kulaksızın  həyat yoldaşı Sibel Kulaksızla azyaşlı qızının olduğu avtomobilə iyulun 27-də silahlı hücum edilib. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız həyatını itirib.

 

Şərhlər

Çox oxunanlar