Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr olunan tədbirdə iştirak edir
16.10.2017 11:34 Sosreaksiya 1181
Oktyabrın 16-da ADA Universitetində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edir.
“Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” şüarı altında təşkil olunan tədbirin məqsədləri miqrasiya və pul köçürmələri axınının istehsala, sosial gərginlik və bərabərliyə təsirləri, həmçinin son nəticədə onların yoxsulluq və ərzaq təhlükəsizliyinə effektləri sahəsində anlaşılmanı yaxşılaşdırmaq, kənd təsərrüfatı sahəsində siyasəti formalaşdıran tərəflərin, tədqiqatçıların habelə maliyyə qurumlarının və donor agentliklərinin ən əlverişli şəkildə miqrasiyanın öhdəsindən gəlmək və pul köçürmələrinin ən səmərəli şəkildə idarə edilməsi üçün üzləşdikləri çağırışları müəyyən etmək, miqrasiyanın gender münasibətlərinə təsirini başa düşmək, kənd yerlərinin kompleks inkişafı və miqrasiya siyasətlərinin hazırlanması və təşviqindən irəli gələn əlavə dəyəri araşdırmaq, miqrasiyanın kənd yerlərinin inkişafına fayda verdiyi yerlərdə ən mütərəqqi təcrübəni müəyyən etmək, müvafiq siyasətləri müzakirə etmək və öyrənilmiş dərsləri və qabaqcıl təcrübələri vurğulamaq, FAO və digər əsas maraqlı tərəflərlə daha geniş əməkdaşlıq məqsədi ilə imkanlarını və istiqamətlərini müəyyən etməkdir.
Tədbirdə “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: Kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələr aparılacaq, iştirakçıların sualları cavablandırılacaq.
Şərhlər