Həbs edilən iş adamının arvadı bəraət istəyir
16.10.2017 11:37 Sosreaksiya 1510
Bakıda saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilərək həbs edilən Təyminə Abdullayeva apelyasiya şikayəti verib.
Təyminə Abdullayevanın vəkili Janna Bağırovanın hökmdən verdiyi şikayət məhkəməyə təqdim edilib.
Təyminə Abdullayeva ittihamı qəbul etmir və barəsində bəraət hökmünün çıxarılmasını istəyir. İş yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Təyminə Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. O, ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.
Təyminə Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib.
Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.
Şərhlər