Təhsil naziri vətəndaşları qəbul edib

31.07.2015 14:13     Sosreaksiya     1403

Təhsil naziri Mikayıl Cabbarov Oğuz rayonunda Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar üçün qəbul keçirib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, müraciətlər əsasən iş yerlərinin dəyişdirilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib. Nazirliyin əməkdaşlarının və müvafiq rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər araşdırılıb, M. Cabbarov qaldırılan məsələlərin həlli üçün müvafiq şəxslərə tapşırıqları verib.Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə araşdırılması üçün müvafiq orqanlara ünvanlanacağı bildirilib.

 

Şərhlər