Yaponlar Ayda baza qurmaq üçün mağara tapdılar

19.10.2017 08:15     Sosreaksiya     1519

Ayda araşdırma bazasının qurulması üçün mağara tapılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Yaponiya Aerokosmik Agentliyi yayıb. Məlumatda mütəxəssislərin Kaquya araşdırma zondunun məlumatlarından istifadə edərək mağaranı aşkar etdikləri bildirilib.

Zondun köməyi ilə mağaranın giriş şəkilləri çəkilib. Alimlər mağaranın təxminən 3,5 milyard il əvvəl vulkanik aktivlik səbəbi ilə yarandığını iddia ediblər. Mütəxəssislərin fikrincə, sözügedən mağarada araşdırma bazası təşkil edilsə, bu, radiasiyanın mənfi təsirini azaldacaq və ani temperatur dəyişməsinin qarşısını alacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar