Bakının bu prospektində yol bağlanır

31.07.2015 17:28     Sosreaksiya     1075

 

İyulun 31-də saat 22-dən avqustun 1-i səhər saat 5-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor” yol qovşağınadək olan hissədə hər iki istiqamətdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Reaksiya.az xəbər verir ki, həmin müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, sürücülər Heydər Əliyev prospektinin yan yollarından istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Şərhlər

Çox oxunanlar