DTX əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçirdiyi mənzilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlanıb

26.10.2017 14:30     Sosreaksiya     1483

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvana - Abşeron rayonunun Xırdalan şəhərində yerləşən mənzilə Abşeron Rayon Prokurorluğunun və Baş Prokurorluğun kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

Abşeron Rayon Prokurorluğundan azərtaca verilən məlumata görə, baxış zamanı mənzildən beş ədəd patronla birlikdə bir ədəd “Makarov” markalı tapança, iki ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, yeddi ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışdırılması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş dörd ədəd alışdırıcı maye ilə dolu beş litrlik plastik qab aşkar edilərək müvafiq qaydada qablaşdırılıb və maddi sübut kimi götürülüb.

Faktla bağlı hazırda Abşeron Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar