Rafiq Hüseynovun nəşi iki gün sonra Azərbaycana gətiriləcək
30.10.2017 13:29 Sosreaksiya 1510
Almaniyadakı xəstəxanalardan birində vəfat etmiş Xalq Artisti Rafiq Hüseynovun nəşi 2 gün sonra, noyabrın 1-də Azərbaycana gətiriləcək.
Bu barədə "Report"a açıqlamasında Xalq Artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
O qeyd edib ki, Rafiq Hüseynovun harada dəfn olunacağı isə hələ məlum deyil: "Hələ heç nə bilinmir. Nəşi gətirsinlər, sonra bilinəcək".
Şərhlər