Metodistlərin işə qəbulu üzrə müsabiqəyə qeydiyyat başa çatıb
30.10.2017 13:30 Sosreaksiya 1728
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olunmaq istəyən 150-dək namizəd [email protected] elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçənlər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.
Qeyd edək ki, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumtəhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmini, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.
Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodik yardım göstərir.
Mərkəzdə inzibati idarəetmə, təlimin təşkili və idarəetmə, tədrisin idarəolunması, təhsilalanlarla işin təşkili və idarə olunması, fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir
Şərhlər