Qənirə Paşayev İspaniya və İtaliya ictimai xadimləri ilə Qarabağdan danışıb
02.11.2017 12:33 Sosreaksiya 1770
Millət vəkili Q.Paşayeva İspaniya və İtaliya ictimai xadimləri, fəal təşkilat rəhbərləri ilə Qarabağdan danışıb və ədaləti daha çox dəstəkləməyinizi gözləyirik deyib.
Milli Məclis deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb.
Görüş zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Azərbaycanın İspaniya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva ona ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və geniş fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva həmçinin İtalyanın millət vəkili, AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Şurasının bərabərhüquqluq və diskriminasiya məsələləri üzrə komitəsinin sədri Elena Centemero başda olmaqla İtaliyanın fəal ictimai xadim qadınları ilə də görüşüb.
Millət vəkili Q.Paşayeva İtaliyanın tanınmış təşkilat rəhbərləri professor Rossana Berardi və Giuseppa Seidita ilə də görüşüb və müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva onlara Azərbaycanla bağlı geniş məlumatlar verməklə bərabər Qarabağ həqiqətləri ilə də bağlı fikir mübadiləsi aparıb. İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva Xocalı soyqırımı barədə də danışıb və "azərbaycanlı köçkünlər İtalyadan Qarabağ problemində ədalətin daha çox dəstəklənməsini gözləyir" deyib. Q.Paşayeva onlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar da təqdim edib.
Şərhlər