Bir milyondan çox insan saxta “WhatsApp” yükləyib
06.11.2017 12:23 Sosreaksiya 2053
“Android” istifadə edən bir milyondan çox şəxs “Google Play”-dən “WhatsApp” messencerinin saxta versiyasını yükləyib.
Saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərir. “Google” şirkəti artıq proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.
“WhatsApp” loqotipinə malik əlavə rəsmi adla eyni olduğuna görə, əksər istifadəçilər bunu servis yenilənməsi kimi qəbul edib.
Qeyd edək ki, “Facebook” və digər populyar əlavələrin saxta versiyaları da müəyyən edilib. Onlar bloklana qədər saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.(azvision.az)
Şərhlər