PKK 70 sərnişini girov götürdü - VİDEO
01.08.2015 09:36 Sosreaksiya 1675

PKK terror təşkilatının yaraqlıları dünən gecə Kars-Erzurum-İğdır avtomobil yolunu bağlayıblar.
Reaksiya.az xəbər verir ki, nəticədə onlar təxminən 70 sərnişini girov saxlayıblar.
Girovlar azad edildikdən sonra 1 bələdiyyə avtobusu və 3 yük avtomobili atəşə tutulub.
Sərbəst buraxılan sərnişinlər Karakurtun girişindəki təhlükəsizlik qüvvələrinə sığınıblar. Bölgədə əməliyyata başlayan jandarm dəstələri yollarda təhlükəsizliyi təmin etmək üçün tədbirlərə əl atıb.
Şərhlər