Bakıda kütləvi dava olub, iki nəfər bıçaqlanıb
18.11.2017 10:28 Sosreaksiya 1910
Paytaxtda kütləvi dava baş verib.
Reaksiya.az apaya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində qeydə alınmış hadisə zamanı 2 nəfər bıçaqlanıb.
Paytaxt sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Müşfiq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onlardan M.Nəcəfovun vəziyyəti daha ağırdır.
Məlumata görə, həmin şəxslər Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə 5 nəfər arasında yaranmış kütləvi dava zamanı bıçaqlanıb.
Hadisə ilə əlaqədar Sabunçu RPİ-nin istintaqçıları araşdırmalara başlayıb.
Reaksiya.az
Şərhlər