ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb - FOTOLAR

20.11.2017 10:28     Sosreaksiya     1643

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan Reaksiya.az-a bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 10 min kvadratmetr (1.0 ha) ərazi tam təmizlənib, 5 500 kvadratmetr (0.55 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Üç gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 31 min kvadratmetr (3.10 ha) ərazi tam təmizlənib, 19 min kvadratmetr (1.90 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1–dən noyabrın 19-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 17 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 170 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, “Norm” sement zavodunun ərazisinə, "STP" MMC-yə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodunun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 518 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 33 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 799 792 kvadratmetr ərazi (803 008 kvadratmetr əl ilə, 1 626 140 kvadratmetr mexaniki üsulla, 113 000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar