Facebookdan pulsuz internet - Markın daha bir uğuru

01.08.2015 10:01     Sosreaksiya     1903

İnternetə girişi olmayan zonalara xidmət göstərmək üçün fəaliyyətə başlayan Facebook bunu pilotsuz təyyarələrlə (drone) təmin edəcək.

Reaksiya.az xəbər verir ki, sosial media nəhəngi olan Facebookun qurucusu Mark Zuckerbergin “İnternet.org” adlı layihəsinin tərkib hissəsi olan ilk tam miqyaslı pilotsuz təyyarənin istehsalı tamamlanıb.

Yaxın zamanda test uçuşları həyata keçiriləcək.

Yunan mifologiyasından ilham alaraq “Aquila” adı verilən və maksimum 20 min metr hündürlükdə uça bilən drone-lərin növbəti illərdə istifadəyə veriləcəyi gözlənilir.

Günəş enerjisi ilə işləyən və fasiləsiz uça bilən pilotsuz təyyarələrin qanadlarının genişliyi Boeing 737-dən bir az daha böyük olsa da, ağırlığı avtomobildən daha yüngüldür.

 Facebookun uçan internetinin təxminən 6 milyard insana xidmət etməsi planlaşdırılır.  Təxminən 1.5 milyard üzvü olan Facebook, bu xidmət vasitəsilə  istifadəçi kütləsini böyük miqdarda artırmağı hədəfləyir. Bununla da şirkət gəlirlərini xeyli miqdarda artırmaq istəyir.

Qeyd edək ki, dünyada internetə girişi olmayan təxminən 4 milyard insan var.

Şərhlər

Çox oxunanlar