SƏHİYYƏ NAZİRLİYİ DƏ TƏSDİQLƏDİ: "QEYDİYYATDA OLMAYAN, LAKİN SATIŞA ÇIXARILAN DƏRMANLAR DA VAR"
21.11.2017 20:20 Sosreaksiya 1742
"Xaricdən gətirilən dərmanlar ekspertizadan keçirilir, yoxlanılır və dövlət qeydiyyatına alınır”.
Bu barədə "Sherg.az”a xarici ölkələrdən Azərbaycana istifadə müddəti başa çatmış dərmanların gətirilməsindən danışarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova bildirib.
Onun sözlərinə görə, xaricdən gətirilən dərmanlar haqqında müraciət olduğu təqdirdə mütləq laboratoriya sınaqları keçirilir:
"Sənədlər yerində olursa, artıq qeydiyyata alına bilər. Hər hansı problem yarandığı təqdirdə isə məsələnin həll olunmasına çalışılır. Dərmanla bağlı kritik problemlər ortaya çıxdıqda onun qeydiyyatı ləğv edilir”.
E.Ələkbərova onu da diqqətə çatdırıb ki, qeydiyyatda olmayan, lakin satışa çıxarılan dərmanlar da var:
"Həmin dərmanları içlik vərəqəsindən, nəzarət markasından və s. bilmək olur. Özümüz də rast gəlirik ki, dövlət qeydiyyatına alınmayan dərmanlar satılır. Yoxlamalar dayandırılıb. Sadəcə, xüsusi müraciət olunduqda, vətəndaşlar, yaxud rəsmi qurumlar bildirdikdə ekspertiza aparılır. Çalışırıq bu problemlər aradan qaldırılsın”.
Şərhlər