Bolluca su için

01.08.2015 10:49     Sosreaksiya     1264

Havaların kəskin isti keçməsi ilə əlaqədar mütəxəssislər qidalanmayla bağlı məsləhətlər veriblər. Məsləhət görüblər ki, isti havalarda duru qidalara üstünlük verilməlidir. Tərləmə su itkisinə səbəb olduğundan bol miqdarda su qəbul edilməlidir. Gündə 2 litrə qədər su içilməlidir. Suyu sevməyənlər suyun içinə dadlandırıcı (limon, nanə və s.) qataraq içə bilərlər. Xüsusuilə dənizdə olanlar suyu daha çox qəbul etməlidirlər. Çünki üzmə zamanı insan orqanizminin suya tələbatı daha çox artır. Hər saat tamam olanda mütləq bir stəkan su içilməlidir. Bundan əlavə gün boyu içilən limonatlar, spirtli və kimyəvi tərkibli içkilər və kokteyllərin tərkibində şəkərin miqdarı çoxdur. Bu səbəbdən onlar qısa müddətli doyurma hissi yaradır və dərhal güclü aclıq hissi yaradır. Bu səbəbdən də bu növ içkilərin gün ərzində 2 stəkandan artıq içilməsi yolverilməzdir. İstirahət günlərindən əlavə səhər 06:30-08-30, nahar 12:00-14:00, axşam 18:00-20:00 saatlarında yeyilməlidir. Bu kilo baxımından çox önəmli məsələdir.  Qəhvə içərkən sütsüz, dondurmasız, şəkərsiz içiləmlidir. Bu kalorinin azalmasına təsir edəcəkdir. Az sütlü soyuq halda içilən qəhvə isə istilərdə köməyinizə çata bilər. 

Şərhlər

Çox oxunanlar