Manaf Ağayev: "Tacirin qardaşı hələ də tapılmayıb"

01.08.2015 11:00     Sosreaksiya     2153

Bildiyimiz kimi dünən Novxanı çimərliyində baş vermiş bədbəxt hadisə nəticəsində müğənni Tacir Şahmalıoğlunun 36 yaşlı qardaşı Mahir Allahverdiyev suda batıb. Skuterin aşması nəticəsində qoruyucu jileti olmadığından digərlərindən fərqli olaraq M.Allahverdiyevin xilas olması mümkün olmayıb. Dünən gecə saatlarına qədər axtarışlar aparılsa da M.Allahverdiyevi tapmaq mümkün olmamışdı. 

Tacir Şahmalıoğlunun dostu, müğənni Manaf Ağayevdən hazırda aldığımız məlumata görə axtarışlar hələ də heç bir nəticə verməyib:

"Tacirlə son dəfə gecə saat 02 radələrində əlaqə saxlamışam. Təəsüf ki, hələ də qardaşı tapılmayıb".

 

Şərhlər

Çox oxunanlar