Ağır işdə çalışanların pensiya yaşına yenidən baxılması TƏKLİF olunur

23.11.2017 21:23     Sosreaksiya     1405

“Azərbaycanda pensiya sisteminə keçidlə bağlı MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Amma buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır. Belə ki, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir”.

Trend xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə pensiyaya çıxan zaman ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur: “Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələrdə işlər var ki, onlar ağır iş kimi nəzərdə tutulmayıb. Bildiyiniz kimi bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa və onun tikintidə işləmək gücü yoxdursa, necə daş daşıyıb, asfalt tökməlidir? Məhz buna görə də belə insanlar müəyyən yollarla əlillik alıb pensiyaya çıxırlar. Bu baxımdan bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxması müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar