Məşhur modolyer ölüm aclığına başlayıb - FOTOLAR

24.11.2017 15:54     Sosreaksiya     2129

Reaksiya.az xəbər verir ki, iki ildir ki, məhşur modelyer Leyla Əhmədovanın fəaliyyəti Nizami Tofiq oğlu Ağayevin özbaşına, qanunsuz hərəkətləriylə iflic vəziyyətinə düşüb. N.Ağayevin törətdiyi oğurluq özbaşınalıq cinayətləri üzrə 2016-ci ilin sentyabr ayından Yasamal rayon Polis İdarəsində cinayət işçi başlanılıb. Lakin bu idarə bu vasitələrlə N.Ağayevi məsuliyyətdən yayındırır. Onun əməllərini ört-basdır edir. Onu məsuliyyətə cəlb etmir və işi məhkəməyə göndərmir. Nəticədə bu cəzasızlıqdan ruhlanaraq N.Ağayev bu gün Leyla Əmhmədovanı hədələyir. Məşhur modelyerin həyatı təhlükədədir!!! Dünyamiqyaslı məhşur modelyer Əhmədova Leyla Saday qızı öz fəaliyyətini həyata keçirmək üçün N.Ağayevdən qeyri-yaşayış sahəsini icarəyə götürərərrk təqribən 1 milyon vəsaait sərf edib, qeyri-yaşayış sahəsində təmir-dizayn və yenidənqurma işlərini həyata keçirmişdir. 10.07.2015-ci ildə təmir işləri bitmiş “Leyla Əhmədova” Moda Evinin və Qadın Sağlamlıq Mərkəzinin açılışı olmuşdur. Bundan sonra N.T.Ağayev L.Əhmədovanın sahibklarlıq fəaliyyətinə mane olmağa başlamış, əsassız olaaraq mübahisələr yaratmış, müqavilənin müddəti bitmədiyi halda onu həmin qeyri-yaşayış sahəsindən müxtəlif üsullarla çıxarmağa can atmışdır. Nəticədə L.Əhmədova öz yaradıcılıq fəaliyyətini həyata keçirə bilməmişdir. N.T.Ağayev müatəmadi olaraq binaya qaz, su, eelektrik enerjisinin verilişini kəsmişdir. 24 sentyabr 2016-cı ildə N.Ağayev Azər Lütvəliyev adlı şəriki və qeyriləriylə hücum edib “Leyla Əhmədova” Moda Evinə hücum edib, buranı dağıtmış, bahalı parçaları və paltarları oğurlamış, həm də 30 000 AZN nəqd pulu götürmüşdür. Nəticədə Leyla Əhmədovaya 200 000 AZN miqdarında ziyan dəyib. Həmin tarixdən də fakt üzrə AR Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhv etmə), 177 ( oğurluq) və özbaşınalıəq maddələriylə cinayət işi başlanıb. İş üzrə istintaq Yasamal rayon Polis İdarəsi tərəfindən aparılır. Lakin bugünədək N.Ağayev və onunla bu cinayəti törədənlər məsuliyyətə cəlb edilmirlər. Bu cəzasızlıqdan ruhlanan N.Ağayev Xətai rayon məhkəməsinin 04 avqust 2016-ci il tarixli qərardadı ilə göstərilən ünvanda Leyla Əhmədova sahibkarlıq fəaliyyətinə maneə yaradan hərəkətlərin edilməsi, yəni qazın, suyun ve elektrik enerjisinin kəsilməsi şəxsən ona və qeyrilərinə qadağan edilsə də, burada hər dəfə qazı, suyu və elektrik enerjisini kəsir. İcra məmuru hər dəfə gəlib yenidən bütün bunları bərpa edir, lakin N.Ağayev cəzalandırılmır. Hazırda Yasamal rayon icra şöbəsinin icra məmurları daha bu obyektdə N.Ağayev tərəfindən kəsilən suyu bərpa etmir, bunu artıq bu işdən bezdikləriylə əsaslandırır. Sual olunur; Necə olur ki, dövlət məmurları bu işdən bezirlər. N.Ağayevdən çəkinirlər, onu cəzalandıra bilmirlər ya da bunu istəmirlər. O isə bu cəzasızlıqdan ruhlanır. “Qılıncının dalı da kəsir, qabağı da?” Nəticədə Azərbaycanın fəxri olan bir yaradıcı qadın ona edilən haqsızlıqlarla mübarizədən vaxt tapıb öz işiylə məşğul ola bilmir? Artıq Yasamal rayon icra şöbəsi də N.Ağayevə “Gözün üstə qaşın var” demir. Bunu onunla əsaslandırır ki, N.Ağayev icra məmurunun çağırışlarına gəlmir. Yasamal rayon Məhkəməsinin 1 may 2017-ci il tarixli qərardadı ilə N.Ağayevin Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi qərara alınıb, lakin bu qərar icra edilmir. N.Ağayev məcburi gətirilmir və barəsində tədbir görülmür. Göründüyü kimi özbaşınalıq edən qanunları saymaayan bu şəxsə qarşı heç bir tədbir görülmür. Aidiyyatı dövlət məmurlarının N.Ağayevə bu havadarlığından bezən L.Əhmədova möhtərəm Prezidentimiz İlham Əliyevdən və vitse-prezidentimiz Mehriban xanım Əliyevadan kömək istəyir və bu haqsızlığa son qoyulması üçün normal şərait yaradılması, N.Ağayevin törətdiyi cinayətlərə görə cəzalandırılmasını möhtərəm prezidentimizdən və Vitse-Prezidentimizdən və aidiyyatı dövlət qurumlarından xahiş edir.

Şərhlər

Çox oxunanlar