Usama bin Ladenin ailə üzvləri ölüb

01.08.2015 11:25     Sosreaksiya     1918

İngiltərədə təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin "Əl Qaidə"nin mərhum lideri Usama bin Ladenin ailə üzvləri olduğu məlum olub.

Üsamə bin Ladenin bacısı və ögey anası dünyasını dəyişdi İngiltərənin cənubunda qəzaya uğrayan təyyarədə dünyanın bir nömrəli terrorçusu Üsamə bin Ladenin ailə üzvləri- bacısı və ögey anası dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanın Böyük Britaniyadakı səfirliyi öz tvitter hesabında məlumat yayıb.

Məlumatda şahzadə Məhəmməd bin Nəvvaf əl-səid, Üsamə bin Ladenin ailəsinə başsağlığı verib.

Hazırda Səudiyyə Ərəbistanının səfirliyi Britaniya hakimiyyəti ilə həlak olanların cəsədlərinin qohumlarına təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Üsamə bin Ladenin ailəsinə məxsus təyyarənin qəza törətməsi nəticəsində üç sərnişin və bir pilot həlak olub.

 

Şərhlər

Çox oxunanlar