Bakıda keçirilmiş ilk buraxılış imtahanlarının nəticələri açıqlanıb

04.06.2015 16:41     Sosreaksiya     571

İmtahanda iştirak etmiş şagirdlər nəticələrlə TQDK-nın internet saytında tanış ola bilərlər

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
 
TQDK-nın mətbuat xidmətindən Reaksiya.Az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

 

Şərhlər

Çox oxunanlar