Səlim Müslümov "Peşə standartlarının sonrakı hazırlanma prosesinin tempi düşüb, bu da vəsaitlə bağlıdır"
08.12.2017 12:34 Sosreaksiya 1325
"Peşə standartlarının sonrakı hazırlanma prosesinin tempi düşüb, bu da vəsaitlə bağlıdır".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından, istifadə olunması" adlı tədbirdə deyib.
O bildirib ki, 700-800 standart hazırlanmalıdır: "Standartlar təqribən 5 il ərzində fəaliyyətdə olur. Çünki əmək bazarı sürətlə dəyişir, əmək bazarındakı tələblər sürətlə dəyişir. Mövcud peşələrə qoyulan standartlar peşələr və onların xarakteri dəyişdir. Bu halda standartların da dəyişməsinə ehtiyac duyulur. Qarşıda duran ən mühüm məsələlərdən biri standartlara vaxtaşırı olaraq yenidən baxılmasıdır. Bu məqsədlə nazirliyin mərkəzi aparatında "Peşə standartları" sektoru yaranıb. Bu prosesin sürətlə aparılması üçün maliyyə resurslarına ehtiyac var, növbəti ildən fəaliyyətə başlayacaq "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi ilə əldə olunacaq sığorta vəsaitlərinin bir hissəsindən bu məqsədlə istifadə olunacaq. Müxtəlif şirkətlərin, xüsusən də özəl sektorun bu standartlara böyük ehtiyacı var. Biz xahiş edirik ki, donorlar kimi müxtəlif şirkətlər bu prosesdə iştirak etsin".
Şərhlər