Bu gün Flora Əhmədovanın doğum günüdür
09.12.2017 18:27 Sosreaksiya 2943
Reaksiya.az xəbər verir ki, bu gün Milli Dirçəliş Hərəkatı Partiyasında 1988 ci ildə Qərbi Azərbaycandan deportasiya olunmuş həmvətənlərimizlə bağlı tədbir keçirilib. Tədbirdə İrəvandan olan ilk azərbaycanlı qadın ədliyyə generalı Flora Əhmədovanın 9 dekabr doğum günü ilə əlaqədar xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunaraq, onun haqqında xatirələr dilə gətirilib. Qeyd edək ki, Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri (1979-cu ildən), əməkdar hüquqşünas. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1962). Əmək fəaliyyətinə Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist kimi başlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın Baş Dövlət arbitri olmuşdur.
Azərbaycan müstəqillik qazandıqdan sonra Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm postlarda işləyib. Ölkədə məhkəmə islahatları aparılan dövrə – 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub.
F.Əhmədova 3 avqust 2012-ci il saat 05.00 radələrində ürək tutmasından vəfat edib. O, həmin gün Bakının Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!
Çimnaz Məmmədova
Şərhlər