Anormal istilər davam edəcək
01.08.2015 15:04 Sosreaksiya 1405

Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, hazırda müşahidə edilən hava şəraiti anomaldır.
Avqustun 5-dək belə anomal hava şəraitinin müşahidə ediləcəyini xatırladan G.Məmmədova bildirib ki, əvvəlki illərdə avqust ayında da belə hava şəraiti müşahidə edilib.
Şərhlər