Rəsulzadənin məzarı təmir edildi

17.12.2017 18:41     Sosreaksiya     3379

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarı təmir edilib.

Məzar Bütöv Azərbaycan Ocaqları (BAO) tərəfindən Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümü münasibətilə təmir edilib.

Reaksiya.az teleqraf.com-a istinadən xəbər verir ki, BAO Başqanı Zahir Əlisoy, Güney Azərbaycan Demokrat Partiyasının Başqanı Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Hərəkatının təmsilçisi Məcid Araz, BAO üzvü Hakim Sadıqlı çıxış edərək Rəsulzadənin xidmətlərindən, siyasi fəaliyyətindən danışıblar.

Zahir Əlisoy Rəsulzadənin məzarının abadlaşdırlmasında zəhməti olanlara təşəkkür edib.

Mərasimdən sonra Rəsulzadənin xanımının da məzarı ziyarət edilib.

Rəsulzadənin məzarının təmirdən sonrakı görüntülərini təqdim edirik:


 

Reaksiya.az

Şərhlər