ANS-dən ATV-yə növbəti "transfer"

02.08.2015 00:11     Sosreaksiya     2477

Teleaparıcı  Aytən Səfərova  ANS rəhbərliyi ilə anlaşa bilmədiyindən yeni mövsümdə işə ATV-də başlayacaq.

Reaksiya.az xəbər verir ki,  ANS-dən ayrılan məşhur jurnalistlərə məmnuniyyətlə qucaq açan ATV növbəti mövsümdən Aytən Səfərovanı da transfer etmək istəyir. 

Xatırladaq ki, indiyədək ANS-dən Turan İbrahimov, İradə İsaq, Mətanət Əliverdiyeva, Orxan Fikrətoğlu, İlqar Mikayıloğlu, Zülfiyyə Bayramova ATV telekanalına keçib.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, ANS-də "vurularaq" ATV-də "sığınacaq" tapan yalnız Aytən Səfərova olmayacaq. Mənbənin bildirdiyinə görə ATV hazırda Aytən Səfərova ilə yanaşı dindarların qəzəbinə gələn Elnarə Təhməzova ilə də danışıqlar aparır.
Xatırladaq ki, iki telekanal arasında ədavətin yaranmasına səbəb Mətanət Əliverdiyeva olub.  Belə ki, may ayında 8-ci mikrorayonda yanan bina haqqında danışarkən işlətdiyi düşünülməmiş ifadələrdən sonra ANS-də geniş süjet hazırlanıb. Həmin süjetdə  ATV və aparıcı tənqid olunub. Bundan sonra iki kanal arasında onsuz da soyuq olan münasibətlər  daha da gərginləşib.

Şərhlər

Çox oxunanlar