OĞURLADIĞI MAŞINLA BİRLİKDƏ YAXALANDI

22.12.2017 14:38     Sosreaksiya     1779

Dekabrın 20-də Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus "VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.

DİN Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar. Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib.

Araşdırmalar aparılır.
 
DİN-in "102” Zəng Mərkəzi Xidmətinə daxil olan başqa bir müraciətdə bildirilib ki, Bakı şəhər sakini Nail Quliyevin avtomobili qaçırılıb. Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla "Opel” markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Abbasov küçəsində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birlikdə Polis Bölməsinə gətirilib.
 
 
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Heydər Eminov olması müəyyən edilib.
Araşdırma aparılır.

Reaksiya.az

Şərhlər