Kürəkəninin qardaşını qanına qəltan etdi

25.12.2017 11:39     Sosreaksiya     1854

Ağdaş rayon sakini qardaşının qayınatası tərəfindən öldürülüb.

Hadisə rayonun Zeynəddin kəndində baş verib.
 
Belə ki, həmin kəndin sakini, 1966-ci il təvəllüdlü ƏIiyev Baxşalı Məhərrəm oğlu ailə münaqişəsi zəmnində qardaşının qayınatası tərəfindən dəhrə aləti ilə vurularaq qətlə yetirilib. 
 
Məlumata görə, qohumlar arasında mübahisə otlaq sahəsi üstündə yaranıb. 
 
Qətlə yetirilən B.Əliyev bir neçə dəfə mal-qarasını qardaşının qaynatasına məxsus otlaq sahəsində otarıb. Bu da otlaq sahibi ilə aralarında hər dəfə ciddi münaqişəyə səbəb olub. Sonuncu bu cür mübahisə B.Əliyevin ölümü ilə nəticələnib. Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.(report)
 

 

Şərhlər

Çox oxunanlar