Vüqar Səfərli: “Yaxın 3 ildə jurnalistlərin yeni binası istifadəyə veriləcək”
25.12.2017 12:11 Sosreaksiya 2008
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb: "2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək".
V. Səfərli bildirib ki, bu il KİVDF jurnalistlər arasında 4, digər qurumlarla birgə isə 6 yazı müsabiqəsi keçirib:
Çıxışlardan sonra müsabiqənin 2-ci və 3-cü yerlərinin qalibləri mükafatlandırılıb.
Şərhlər