Altı nəfər xilas edilib
02.08.2015 01:02 Sosreaksiya 1688

Ötən gün ərzində Azərbaycanda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər, Səbail rayonunda (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Abşeron rayonunda (“Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər, Xaçmaz rayonunda dənizdə 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Şərhlər