Rusiyada qeyri-adi qar yağıb

27.12.2017 15:20     Sosreaksiya     1487

Nümunələr təhlil üçün laboratoriyaya göndərilib

Rusiyanın Sankt-Peterburq şəhərinin ətraf ərazilərinə qeyri-adi rəngdə qar yağıb. Bu barədə Təbiətə Nəzarət Departamenti açıqlama yayıb.

Qar bəzi yerlərə açıq mavi, bəzi yerlərə isə bənövşəyi rəngdə yağıb. Nümunələr təhlil üçün laboratoriyaya göndərilib.(sputnik)



Reaksiya.az

Şərhlər