2018-2020-ci illərdə turizm sektorunda görüləcək işlərə dair tədbirlər planı hazırlanacaq

27.12.2017 15:27     Sosreaksiya     1475

İqtisadiyyat Nazirliyində "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nazirliyin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Naftalan kurortunda və digər müalicə-sağlamlıq müəssisələrinin yenidən qurulması ilə bağlı aidiyyəti qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verilib. İxtisaslaşmış turizm sənayesinin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində sağlamlıq turizmi üzrə müəyyənləşdirilmiş hədəf göstəricisi və turizmin bu istiqamətinin inkişafı, eləcə də Naftalan, Qalaaltı və Duzdağda fəaliyyət göstərən müalicə-sağlamlıq müəssisələrində və turistlər üçün cəlbedici olan digər müəssisələrdə aparılacaq bərpa və yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə aidiyyəti qurumların təklifləri əsasında 2018-2020-ci illər üzrə görüləcək işləri əhatə edən tədbirlər planının hazırlanması qərara alınıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar