Gömrükdə külli miqdarda siqaret aşkarlandı

04.01.2018 14:36     Sosreaksiya     1755

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

DGK-dan Reaksiya.az-a verilən məlumata görə, baxış zamanı, çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər