Zakir Həsənov "Rembo"nu Türkiyəyə yolladı
04.01.2018 14:58 Sosreaksiya 1903
2016-cı il aprel döyüşlərində Ağdərə rayonunun Talış yüksəkliyi uğrunda gedən atışmada başından ağıır qəlpə yarası alan tankçı, "Rembo" ləqəbli Razi Cavadov Türkiyəyə göndərilib.
Reaksiya.az xəbər verir ki, o, bir müddət paytaxt Ankaranın “Gülhanə” hospitalında müalicə olunacaq.
Bu barədə mediaya hərbçinin atası, Qarabağ qazisi Vidadi Cavadov məlumat verib. O bildirib ki, oğlu müdafiə naziri Zakir Həsənovun göstərişi və şəxsi qayğısı sayəsində yenidən sağlamlığına qovuşacaq.
Şərhlər