PKK-dan növbəti terror: 3 ölü, 28 yaralı

02.08.2015 12:23     Sosreaksiya     1056

Avqustun 2-də terrorçu Kürd Fəhlə Partiyası (PKK) Türkiyənin Ağrı və Mardin bölgələrində daha iki qanlı terror aktı törədib.

Reaksiya.az xəbər verir ki, partlayıcı yüklənmiş traktor Ağrıdakı jandarma məntəqəsinə çırpılıb. Nəticədə 2 əsgər şəhid olub, 24-ü yaralanıb. İlkin məlumata görə traktorda 2 ton partlayıcı olub.

Mardində isə hərbiçiləri daşıyan avtomobilin PKK tərəfindən yola basdırılmış minaya düşməsi nəticəsində 1 əsgər şəhid olub, 4-ü yaralanıb.

Şərhlər

Çox oxunanlar