Bakının bu küçəsi bağlanacaq - Səbəb

02.08.2015 12:29     Sosreaksiya     1019

Bu gecə Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Yusif Səfərov küçəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidməti yayıb.

Məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində küçənin Heydər Əliyev və Babək prospektləri ilə kəsişməsindən, Cavanşir körpüsünə qədər və əks istiqamətdə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Şərhlər

Çox oxunanlar