BƏLKƏ, AZDA OLSA AZƏRBAYCANDA İNSANLARİ DÜŞÜNƏSİZ???

12.01.2018 09:50     Sosreaksiya     1667

Bu gün yenə məhkəmədir. Nərimanov Rayon Məhkəməsində saat 12.20-də Bank VTB-nin  maşın krediiti ilə bağlı  mənə qarşı qaldırdığı iddiaya baxılacaq. Yaxşı bir nəticənin olacağına inanmıram. Çünki bankın nümayəndəsinin dediyi kimi hansı məhkəmə bankı qoyub, məsələni vətəndaşın xeyrinə həll edib. O, deyir ki, yuxarıdan tapşırıq var, udan ancaq banklar olmalıdır. Bir az da irəli gedib deyirlər ki, heç bilirsən bu bank əslində kimin qızınındır? Nümayəndələri deyir ki, sən onlarla bacararsan???

 Bəli 2014-cü ildən bu günə kimi əmlakı əlindən alınan, imkansızlıq ucbatındanbanka borcunu qaytara bilmədiyindən  intihar edən, hüququ və haqqı tapdanan sıradan vətəndaşları düşünən yoxdu.Təki bank sahiblərinin arxasında duranların pulları  ciblərinə gəlsin. Hər gün banka borcu olanlar gözləyirlər, Kİ, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşları sevindirər.İnsanları bankların ,vəkillərin , məhkəmə hakimlərinin, məhkəmə icraçılarının və  Dövlət Yol Polisinin caynağından qurtarar. Lakin bu ümidlər artıq suya düşüb. Yeri gəlmişkən, bankların bu gün ən çox güvəndiyi qurumlardan biri də DYP-ıdır. Bir məktub göndərirlər, qeyri-rəsmi də tapşırıq verilir, maşın dayanacağa  yerləşdirilir. Bu günlərdə bir neçə dəfə bu hadisə başıma gəldi. DYP əməkdaşı yaxınlaşaraq bəhanə etdi ki, qaydanı pozmuşam. Maşın dayanacağa yerləşdirilməlidir.Güldüm və dedim ki, sərxoşam ki, maşını əlimdən almaq istəyirsən. Qaydanı pozmuşam , cəriməni yaz ödəyərəm. Min  bəhanə gətirildi. Sonda dedi ki, banka borca görə maşınıza həbs qoyulub. Hə, artıq məsələ aydın idi. Oyun başlamışdı. Məhkəmənin həbs qərarını istədim. Dedi ki, xəbərdarlıq var. Bir yaxşılıq edərəm ki, maşını dayanacağa aparaq, cərimə yazım ödənişinizi edin buraxaq. Ora gəldik, özümü təqdim edəndən sonra ki, hüququmu pozursuz, bunun nəticəsi heç yaxşı olmayacaq, şikayət edib, mətbuatı bura çağıraram sözlərindən sonra çarəsiz qalan DYP əməkdaşı rəisləri ilə danışmağa başladı. O, isə maşınımın nömrəsini deyərək :təcili o maşını dayanacaqdan buraxmayın, əmrini verdi. Bir neçə dəfə belə hal təkrar olunub, DYP əməkdaşı yaxınlaşıb, maşına həbs qoyulduğundan dayanacağa aparılmalıdır sözlərini deyib. Qanunu pozduqları iradı dəfələrlə bildirildikdən sonra məni buraxıblar. Çox yaxın tanışımdan məhkəmə qərarı olmaya-olmaya DYP-nın niyə məndən maşını almaq istədiyini araşdırmağı xahiş etmişdim. Deyildi ki, əslində qanun buna yol vermir. Lakin məktub göndərən bank, həm də qeyri-rəsmi xahiş edir ki, nə yollla olursa maşın əldən alınsın, dayanacağa yerləşdirilsin. Bu yolla məhkəmədən həbs qərarı çıxan kimi dayanacaqda oln maşın Apelyasiya şikayəti olmadan beləmüsadirə olunur. Beləliklə də mənim maşınımın 12 yanvar saat 12.20-yə qədər əlimdən alınaraq dayanacaqda saxlatdırmaq istəyən  Bank VTB əmindir ki, məsələ bunların xeyrinə həll olunacaq.

Hər zaman bizi bir məsələ düşündürür, necə ola bilir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MR-da devalvasiyalar  zamanı bank borcu olanlardan ödənişlər 1manat 05 qəpiklə götürüldü??? Bizlərə isə heç bir güzəşt olunmur. İnsanların belə vəziyyətindən isə görün kimlər istifadə etməyə başladılar: banklar,vəkillər, məhkəmə hakimləri, məhkəmə icraçıları və  Dövlət Yol Polisi. Mən maşının kredit borcunu ödəməkdən imtina etmirəm. Lakin devalvasiyadan sonra 284 manat əvəzinə 750 manat ödəmək imkanım daxilində deyil. Maşın mənim əmlakımdı. Ona görə də digər banklar kimi Bank VTB müəyyən güzəştlər etsə vəziyyətdən çıxmaq olar. Bu edilmir, çünki banklar əmindilər ki, məsələ onların xeyrinə həll olunaq. Vətəndaş olaraq isə mənim ümidim Allaha qalır. Çünki artıq vətəndaşı çoxdan düşünmürlər. Düşünsəydilər dörd ildə hansısa addımlar atılardı. Amma Milli Məclisdə bank borcu məsələsinə görə vətəndaşın yanında olan,mövqeyindən çıxış edən, dəfələrlə məsələ qaldıram millət vəkilləri Qüdrət Həsənquliyevə, Azay Quliyevə, Zahid Oruca, Fazil Mustafaya ,Yevda Abramova minnətdarlığımı bildirmək istəyirəm.Yaxşı ki, bəziləri kimi demirlər, vətəndaşdan kim xahiş etmişdi gedib banklardan borc götürsün. Seçdiyimiz, məqamlara qaldırdığımız vəzifə sahibləri vətəndaş olaraq bizi düşünsələr bir həftədə altı intihar hadisəsi baş verməz. Bəlkə, nəhayət  AZƏRBAYCAN İNSANINI DÜŞÜNƏSİZ??

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar