Uzaqdan beynin funksiyalarının idarəsi reallaşıb

02.08.2015 13:20     Sosreaksiya     2198

Amerikalı alimlər inkişaf etdirdikləri bir implant sayəsində siçanların hərəkətlərinə uzaqdan nəzarət etməyi bacarıb.
St. Louis'deki Washington Universiteti Tibb Fakültəsi, Illinois Universiteti və Milli Sağlamlıq İnstitutu araşdırmaçıları, beynin dərinliklərindəki neyronların quruluşunu və çalışma funksiyalarını anlamaq üçün dərmanları birbaşa toxumaya yeritməkdə istifadə olunan uzaqdan nəzarətin mümkün olduğu bir beyin implantı yaradıblar.
Laboratoriya mühitində təcrübə üçün istifadə olunan siçanların beyinlərinə yerləşdirilən implant siçanların hərəkətlərinə uzaqdan nəzarət etmək imkanı yaradıb. Gələcəyin tibb elmi üçün çox əhəmiyyətli bir nailiyyət kimi xarakterizə edilən ixtira, "Journal Cell" jurnalında dərc olunub.

Şərhlər

Çox oxunanlar