Azərbaycan "Stalinin yaxtası"nı ala bilər
15.01.2018 11:40 Sosreaksiya 1459
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (AXDG) həqiqətən də Moskva Çay Gəmiçiliyinin "Maksim Qorki" teploxodunu almaq niyyətindədir.
QSC-dən bildirilib ki, belə bir niyyət olsa da, yekun qərar hələ qəbul olunmayıb.
Danışıqların detalları barədə məlumat verilmir. Məlum olan yalnız odur ki, AXDG gəminin alınmasına namizədlərdən biridir.
Daha öncə "Kommersant" Moskva Çay Gəmiçiliyinin baş direktoru Konstantin Anisimova və bazardakı mənbəyə istinadən yazmışdı ki, yüksək istismar dəyərinə görə gəmi 2014-cü ildən yalnız restoran kimi istifadə olunur.
1934-cü ildə tikilən gəmi "Stalinin yaxtası" adlanır. Müxtəlif illərdə bu gəmidə Lavrentiya Beriya, Lazar Kaqanoviç, Qriqori Orconikidze, Nikita Xruşşov, Leonid Brejnev kimi sovet rəhbərləri istirahət edib./Trend/
Şərhlər