"Mozilla" rəhbərindən brauzer üsyanı

02.08.2015 18:50     Sosreaksiya     2725

"Firefox"un əsas firması "Mozilla"nın icraçı direktoru Chris Beard "Microsoft"un icraçı direktoru Satya Nadellaya "Windows 10"da standart brauzer parametrləri dəyişdirməyi çətinləşdirdiklərinə görə  kifayət qədər ciddi bir məktub göndərib.
Alternativ brauzerlərdən biri olan "Firefox"un əsas firması "Mozilla"nın icraçı direktoru "Microsoft"un icraçı direktoru Satya Nadellaya bir məktub yazıb. Firmanın blokunda hər kəsə açıq bir şəkildə nəşr olunan məktubda "Microsoft CEO"sundan "Windows 10"da standart brauzer parametrlərinin daha asan hala gətirilməsini istəyən Chris Beard yeni əməliyyat sistemində standart brauzer parametrlərini dəyişməyin çətinliyindən şikayət olub.
Mövzuyla əlaqədar yazdığı məktubda şikayətlərini dilə gətirən "Mozilla"nın icraçı direktoru Chris Beard yeni əməliyyat sistemi ilə əlaqədar şikayətlərini dilə gətirmək üçün ünsiyyətə keçdiklərini, ancaq bir məsafə qət edə bilmədiklərini vurğulayıb.
Satya Nadella ya da "Microsoft" məsələsi ilə əlaqədar rəsmi bir açıqlama vermədilər. 
 

Şərhlər

Çox oxunanlar