Moskvada bomba həyəcanı

02.08.2015 18:53     Sosreaksiya     2457

Moskvanın mərkəzində yerləşən "Slavyan" otelində partlayış təhlükəsi haqqında məlumat olduğuna görə 120 nəfər təxliyyə olunub.   
Reaksiya.az xəbər verir ki, bu haqda paytaxt Moskvanın təcili xidmətlərindən mənbə məlumat verib.
 
Məlumatda bildirilir ki, mehmanxananın elektron poçtuna otelə 110 kq ağırlığında partlayıcı qurğu qoyulduğu haqqında məlumat daxil olub. Buna görə də otelin binası tamamilə evakuasiya edilib. Hazırda bina yoxlanılır.  
Qeyd edək ki, məlumat hələ ki rəsmi şəkildə təsdiqlənməyib.  

Şərhlər

Çox oxunanlar